"Rusiya ilə bu işin detallarını danışacağıq" - ÇAVUŞOĞLU

Baxış sayı:
2444

“Bəyanatın 5-ci maddəsinə uyğun olaraq biz Rusiya ilə birlikdə memarandum imzaladıq. Önümüzdəki günlərdə Rusiya ilə bu işin detallarını danışacağıq”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, mərkəz Azərbaycanın torpaqlarında, Azərbaycanın dediyi yerlərdə olacaq:

“Ümid edirik ki, Ermənistan keçmişdəki hərəkətlərindən dərs alıb. Səmimi deyirəm ki, bundan Ermənistan xalqı da faydalanacaq. Bundan hər kəs faydalanacaq. Biz atılacaq addımları Azərbaycanla birlikdə koordinasiya edəcəyik”.