Rusiya ilə ABŞ havada üz-üzə gəldi

Baxış sayı:
5773

Suriyada hazırda gərginlik yaşayan ABŞ və Rusiya, bu dəfə Şimal Buzlu okeanında qarşı-qarşıya gəlib. Rusiya Müdafiə Nazirliyi, qütblərdə uçan strateji bombardman təyyarələrinin Amerika təyyarələri tərəfindən izləndiyini açıqlayıb.
 
Açıqlamaya görə, planlı bir şəkildə Şimal Buzlu okeanında, Berinq və Oxot Dənizi üzərində uçuş yerinə yetirən döyüş təyyarələrinə ABŞ-ın F-22 təyyarələri nəzarət edib.
Qeyd edək ki, ötən həftələrdə NATO missiyasında xidmət edən İngilis “Typhoon” reaktivləri, iki dəfə Qara dəniz üzərindəki Rus döyüş təyyarələrinin qarşısını kəsmişdi.
Müxalifət.az