​Rusiya “ikili standart” və “müdaxilə”dən gileyləndi

Baxış sayı:
8128

Avropa Birliyi və ABŞ-ın Balkanlardakı davranışı qəbuledilməzdir.
Muxalifet.az xəbər verir ki, bunu Serbiya parlamentinda çıxışı zamanı Rusiya Dumasının spikeri Vyaçeslav Volodin deyib. O, AB və ABŞ-ın fəaliyyətinin bölgədə gərginliyini artırdığını bildirib.
Volodin çıxışı zamanı ABŞ sanksiyaları məsələsinə də toxunub. O, dünyanın heç vaxt ABŞ-ın istədiyi kimi birqütblü olmayacağını deyib:
“İkili standartlar praktikası, suveren dövlətlərin daxili işlərinə müdaxilə bəzi ölkələr üçün normaya çevrilib. Biz bunu qəbuledilməz hesab edirik. Buna qarşı müqavimət göstərmək lazımdır”.