Rusiya İdlibdə məktəbi bombaladı

Baxış sayı:
3076

Anadolu Agentliyinin yerli mənbələrdən aldığı məlumata görə, Rusiya və Əsəd rejiminə aid döyüş təyyarələri ilə rejimin vertolyotları, səhər saatlarından etibarən İdlibin cənubundakı, Habit, Cercenaz, Hiş, Temenia, və Hamanın Latamne bölgələrinə havadan zərbələr vurur. Hava hücumlarında 17 nəfər yaralanıb. Bu insanlar arasında Cercenaz mahalında bir məktəbə edilən hava hücumunda yaralanan 2 uşaq da var.
 
Mülki Müdafiə (Ağ Dəbilqəlilər) rəisi Mustafa Həcc Yusif, Agentliyə verdiyi açıqlamada, "Səhər saatlarından bu yana təşkil edilən hava hücumlarında əksəriyyəti qadın və uşaq olmaqla, 17 mülki vətəndaş yaralanıb" - deyib.
Müxalifət.az