​Rusiya İdlibə zərbə endirdi, ölən və yaralananlar var

Baxış sayı:
2557

Rusiya Hərbi-Kosmik Qüvvələri Suriyanın İdlib əyalətinin cənub-şərqində yerləşən yaşayış məntəqələrinə və müxalif dəstələrin obyektlərinə aviazərbələr endirib.
Muxalifet.az xəbər verir ki, nəticədə iki dinc sakin ölüb, doqquz nəfər yaralanıb.
Bildirilir ki, Cisir Aş-Şuqur rayonunda Xan As-Subul və Biksereye kəndlərinə azı üç aviazərbə endirilib.