​Rusiya hücum etsə, Ərdoğan nüvə bombalarını... - Türkiyə NATO-nu QORXUYA SALDI

Baxış sayı:
15096

Türkiyədə yerləşdirilən ABŞ-a aid nüvə silahları rəsmi Vaşinqton və NATO müttəfiqlərini narahat edir.
Muxalifet.az
publika.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Economist” dərgisi məqalə yayımlayıb.
Dərgiyə görə, gələn həftə keçiriləcək NATO zirvəsində bir çox liderlərin gündəmində Türkiyədəki nüvə bombaları olacaq. Bu bombalar Türkiyədən çıxarıldıqda isə Ankaranın öz nüvə proqramını başlatmasından qorxurlar.
ABŞ-ın NATO-nun nüvə paylaşımı proqramı çərçivəsində Avropadakı 5 ölkədə, ümumilikdə, 150 nüvə başlığı yerləşdirdiyini xatırladan “The Economist” bunların çoxunun 60-70 başlıqla Türkiyə və İtaliyada, qalanlarının isə Belçika, Almaniya və Hollandiyada olduğunu bildirib. Lakin bombalarla bağlı narahatlığın ən çox Türkiyə tərəfindən yarandığı bildirilən məqalədə bunun pərdəarxası belə izah edilib: “Amerikalıları ən çox narahat edən Türkiyənin cənubunda, Suriya sərhədinə quru yolu ilə bir neçə saat məsafədəki İncirlik hərbi hava bazasındakılardır. 1960-cı il çevrilişi və 1975-ci ildəki iki ölkə arasında yaşanan diplomatik qarşıdurmada amerikalılar bombaları geri aparmaq haqqında düşünmüşdülər. Prezident Rəcəb Tayyib Ərdoğana qarşı 2016-cı ildə təşəbbüs göstərilən dövlət çevrilişinə cəhd zamanı üsyançıların əlindəki F-16 döyüş təyyarələrinə yanacaq dolduraraq İstanbul və Ankaranı təhdid etmələrinə şərait yaradan tankerlər də İncirlikdən getmişdi. Ərdoğan rejiminin buna cavabı bazanın elektrik enerjisini kəsmək və komandanını həbs etmək oldu. Bu, Vaşinqtonda silahlarının təhlükəsizliyi və Türkiyə ilə münasibətlər gərginləşdikdə bu silahların girov götürülməsi riski məsələsində təhlükə siqnallarının çalmasına yol açdı. İncirlik bazasına səlahiyyətli nümayəndələr göndərildi, amma silahlar oradan çıxaırlmadı. Nüvə başlıqları sadəcə bir koddan istifadə edərək aktivləşdirilə bilər. Saxlandıqları kassalar isə elektrik enerjisinin kəsilməsi ilə avtomatik olaraq kilidlənir. Bu da Amerikan qüvvələrinə lazım olanda bazaya hərbi yolla girmək üçün zaman təmin edir. Amma Amerika yenə bu bombaları gizlicə qaçırıb yerinə sadə başlıqlar qoymaq haqqında fikirləşirdi”.
Məqaləyə görə, bu başlıqlar səriştəsiz diplomatiya ilə geri göndərilsə, iki ölkə arasındakı böhran daha da dərinləşə, hətta Türkiyə öz nüvə proqramını başlada bilər.
Bəs bombalar siyasi olaraq bu qədər təhlükəlidirsə, niyə Avropaya yerləşdirildi?
Dərgi bu suala belə cavab verir: “Məsələn, Rusiya Estoniya kimi kiçik müttəfiq ölkəyə hücum edib Qərbin əks hücumuna əngəl olmaq üçün məhdud şəkildə nüvə silahından istifadə edərsə, burada nüvə başlıqlarına ehtiyac ola bilər. Müttəfiqlər bu durumda uzunmənzilli strateji nüvə raketləri yerinə rusların hücumuna uyğun nüvə başlıqları ilə qarşılıq verə bilər”.