​Rusiya hərəkətə keçdi: ABŞ-a sanksiyalar hazırlandı

Baxış sayı:
2308

Rusiya Dumasına ABŞ-a qarşı cavab sanksiyaları ilə bağlı qanun layihəsi təqdim edilib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dumanın spikeri Vyaçeslav Volodin deyib. Onun sözlərinə görə, qanun layihəsi özü və Dumadakı Vahid Rusiya, Kommunist, Liberal Demokrat və Ədalətli Rusiya partiyalarının parlament fraksiyalarının liderləri tərəfindən hazırlanıb. O, qanun layihəsinin Rusiya hökumətinə ABŞ-a qarşı siyasi və iqtisadi tədbirlər görmək səlahiyyəti verdiyini bildirib.
Qeyd edək ki, qanun layihə aprelin 16-da müzakirə ediləcək.