Rusiya hər yerdə onları axtarırdı: TÜRKİYƏDƏ YAXALANDILAR

Baxış sayı:
5374

Kayseri  Polis İdarəsinin əməkdaşları tərəfindən İŞİD terror təşkilatının Miqrasiya və Maddi-Texniki Komitəsinin Türkiyə üzrə məsul şəxsi Abu Cafar kod adlı şəxs ilə əlaqəsi olduğu müəyyən edilən, aralarında Abu Cafarın qardaşlarının və qohumlarının da olduğu şəxslərə qarşı əməliyyat keçirilib.
 
Keçirilən əməliyyatda Rusiya əsilli Raşid Enikeev, Rusiya təbəəsi Elena Rakmanova, Suriya əsilli Mahmud Şeyx Məhəmməd, Sümeyya Şeyx Məhəmməd, Ahmad Alakel, Minah Milli Al Ali və Misir əsilli Nada Əhməd M. adlı 7 nəfər yaxalanaraq saxlanılıb.

Şəxslərin evlərində aparılan axtarışda çox sayda saxta pasport, rəqəmsal material və təşkilati proqram ələ keçirilib.
Nəzarətə alınan şəxslərdən Raşid Enikeevin aparılan araşdırmasında beynəlxalq səviyyədə terrorizm cinayətindən axtarıldığı, hazırda İŞİD terror təşkilatı daxilində fəaliyyət göstərdiyi, İŞİD terror təşkilatı tərəfindən GSM vasitəsi ilə təşkilat içi istifadə edilən gizli xəbərləşmə şəbəkəsi üzərindən təşkilat mənsublarına göstəriş verdiyi, terror təşkilatı daxilində fəaliyyət göstərərkən ölən təşkilat mənsublarının xanımlarını Suriyadan qaçaq yollarla Türkiyəyə yerləşdirdiyi aşkar edilib.
Müxalifət.az