Rusiya helikopterləri terrorçuların bazasına endi

Baxış sayı: 63

Rusiya Hərbi Hava Qüvvələrinə aid KA-50 hərbi helikopterləri Türkiyə ordusu ilə suriyalı müxaliflərin nəzarətində olan Əl Bab şəhərində alçaq uçuş həyata keçirərək Afrinə daxil olub.
Muxalifet.az xəbər verir ki, helikopterlər PYD-nin nəzarətində olan Tel-Rıfat qəsəbəsindən keçərək Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi hissədən 6 km uzaqlıqda yerləşən terrorçuların nəzarətindəki Minaq aviabazasına enib.
Müxalif qruplaşmaların iddiasına görə, Rusiya helikopterləri bölgədə kəşfiyyat uçuşu həyata keçirib.