Rusiya həbsxanasında nə etmək olar? - NAVALNININ MƏSLƏHƏTLƏRİ

Baxış sayı:
388

Rusiyalı müxalifət lideri Aleksey Navalnının qardaşı Oleq Navalnı məhbəsdəki həyatı haqda kitab nəşr edib. Kitab “3 ½. Məhkum hörməti və qardaşlıq hissi ilə” adlanır. O, gündəlik məhbus həyatı haqda Amerikanın Səsinin bəzi suallarını cavablandırıb.

 

“Butırka”da nə geymək olar?

Qanuna görə “Butırka”da istədiyinız cür geyinə bilərsiniz. Tam olaraq eyni vətəndaşsınız, məhkəmə hələ sizi təqsirli bilməyibsə, istədiyinizi geyə bilərsiniz. Əlbəttə ki, balet forması geyinsəz, hamı sızə təəccüblə baxar. Bu, rahat paltar olmalıdır, çünki saxlanma məntəqəsində paltarda yatırsan və bu paltarla da bütün gün olursan. Hər şey praktik və rahat olmalıdır.

Hansı əyləncələr var?

Səhər qalxıb nəsə yeyə bilərsən, amma yata da bilərsən. Ağlına gəldiyin cür özünü əyləndirə bilərsən: kitab oxuya bilərsən, müxtəlif janrlarda əsərlər, əvvəl oxumadığın kitabları oxuya bilərsən və ya bəyəndiyin əsərləri təkrarən oxuya bilərsən.

Oyunlardan - domino oynayırlar, şahmat oynayırlar, nərd oynayırlar. Əlbəttə ki, əsasən nərd, nisbətən az isə şahmat oynanılır.

Televizora baxırlar, televizora istədiyin qədər baxmaq olar: filmlərə və ya hərdən qanuni olaraq DVD-yə qoşularaq filmlərə baxmaq olar, qeyri-qanuni necəsə hardansa yaddaş kartı əldə edib və onu televizora taxıb filmlərə baxmaq olar. Ordada bir sıra nüans və üsullar var.

Nə yeyirsən? Yeməyi necə tapmaq olar?

Mən çox təəccübləndim, yeməyin daha pis olacağını düşünürdüm. Yəni deyim ki, bu, mənim sərbəst seçimim olsa yeyəcəyim yemək deyil, amma mən yeməyin daha bərbad olacağını və yeyilə bilməyəcək dərəcədə pis olacağını düşünürdüm. Amma belə deyək ki, acından ölməzsən.

Futbolu izləmək olarmı?

Rəhbərlik hər hansısa bir növ televiziya və video məzmununun göstərilməsini təmin etməlidir, buna görə, bəli, izləyə bilərsiniz. Əlbəttə ki, daha təcrübəli məhkumların qanunsuz mobil rabitə vasitələrindən istifadə etmək imkanları olduğu halda, hər kəs, əlbəttə, futbolu izləyir, çünki hər kəs bukmeyker biznesindədir və oyunlara pul qoyurlar.