​Rusiya həbsxanalarından işgəncə görüntüləri yayıldı - VİDEO

Baxış sayı:
5911

Sosial şəbəkələrin Rusiya seqmentində Yaroslavl vilayətinin 1 saylı cəzaçəkmə müəssisəsində məhbuslar üzərində işgəncələri əks etdirən iki videogörüntü yayılıb.
Lenta.ru-nun məlumatına görə, videogörüntüləri “Novaya Qazeta” nəşrinə “İctimai hökm” (Общественный вердикт) hüquq müdafiə fondu təqdim edib.
Hər iki görüntü Yaroslavl həbsxana əməkdaşlarının üzərlərindəki müşahidə kamerasına (videoqeydiyyatçı) düşüb.
Birinci videoda həbsxana əməkdaşı məhbusa yaxınlaşaraq siqaret çəkdiyinə görə ona acıqlanır. Daha sonra onu rəisin yanına aparacağını bildirir. Ancaq məhbusun gödəkçəsini çıxarmaması bəhanəsi ilə onu vəhşicəsinə təpikləməyə başlayır.
İkinci videoçarxda isə bir neçə həbsxana nəzarətçisinin əhatəsində olan məhbus nüfuzdan salınmaq üçün başqa bir “aşağılanmış” məhbusun ağzından çıxmış siqareti çəkməyə vadar edilir.
Hazırda bölgənin aidiyyəti istintaq orqanları materialları araşdırır.