Rusiya hava məkanını Türkiyənin əməliyyatı üçün açacaqmı

Baxış sayı:
2650

 Türkiyənin prezidenti Ərdoğanın dünən Fəratın şərqi üçün "Bir neçə günə əməliyyata başlayırıq" sözündən sonra gözlər Rusiyanın Suriya hava məkanını açıb açmayacağına çevrildi.
 
 Türkiyənin Fəratın şərqi üçün aparılacaq əməliyyatın Rusiya ilə bağlı tərəfini qiymətləndirib. İctimaiyyətdə ən çox maraq edilən sualların başında gələn"Rusiya Suriya hava məkanını Türkiyəyə açacaqmı" sualına da cavab verən Çətin mühüm açıqlamalar verib:
 
TERROR HƏM RUSİYA, HƏM DƏ TÜRKİYƏ ÜÇÜN TƏHDİDDİR
 
Suriyaya aparılan əməliyyatların hamısında Rusiyasız bir şey edilməyib. Fərat Qalxanı” və “Zeytun Budağı” hərəkatında da terrorun eyni bəla olduğu, terrorun Rusiya və Türkiyənin maraqlarına zidd olduğu fikrində birləşən iki dövlət bu problemləri həll etdilər. Rusiya bu məsələlərdə bütün dəstəyini Türkiyədən əsirgəmədi. Regionda Türkiyənin heç bir hərbi və maddi-texniki vəsaitə ehtiyacı yoxdur. Təkcə Rusiyanın hava məkanını açmaq məsələsi və böyük bir dövlət olaraq Türkiyənin yanında yer almaq məsələsi var. Milli maraqlara baxanda birgə təhdid məsələsidir. İndi bütün bunlara baxdıqdan sonra Fəratın şərqinə keçiriləcək əməliyyatda da Rusiya bütün dəstəyini Türkiyəyə verəcək. ABŞ-ın ikili və riyakar davranışı üzündən bu əməliyyat uzandıqca uzandı.
 
PUTİN SON TƏHLÜKƏSİZLİK ZİRVƏSİNDƏ VURĞULAYIB
 
ABŞ-ın indiyə qədərki ifadələrinin təkcə baş qatmaqdan ibarət olduğunu gördük və təcrübə etdik. ABŞ-ın 20 min TIR silah və pul verdiyi, təlim etdiyi, davamlı adını dəyişdirib sanki bunlar terrorçu deyil imici verdiyi bu terror təşkilatı üçün artıq Türkiyə hərəkətə keçmə qərarı almışdır. Rusiyadan baxanda belə bir vəziyyət var. Lavrovun yaxın zamandakı açıqlaması vacib idi: "ABŞ-ın Fəratın şərqində qurmaq istədiyi terror dövləti çox təhlükəlidir. Buna heç kim icazə verməməlidir."
Baxırıq ki, Rusiya prezidenti Putin də son milli təhlükəsizlik toplantısında bu məsələdən danışdı. Bu vəziyyətin Türkiyə və Yaxın Şərqi təhdid etdiyini söylədi.
 
SURİYA HAVA MƏKANI TÜRKİYƏYƏ AÇILACAQDIR
 
Rusiyanın XİN sözçüsünün "Türkiyə ilə bu barədə baxış fərqlərimiz var" sözlərini belə baxmaq lazımdır. Oradakı xalq üçün deyilmiş sözlərdir. Oradakı dinc əhali onsuz da terrorçu deyil. Türkiyə və Rusiyanın diqqət çəkdiyi şəxslər ABŞ tərəfindən 200 dollara icarəyə götürülmüş şəxslərdir. Buraya keçiriləcək müdaxiləyə Rusiya bütün dəstəyini verəcəkdir. Yəni birmənalı olaraq onu deyə bilərəm ki, Suriya hava məkanı Türkiyəyə açılacaqdır.”
Müxalifət.az