Rusiya hansı ölkələrə qəfləti nüvə zərbəsinə hazırlaşır? – Alman qəzet yazdı

Baxış sayı:
202

NATO baş katibinin keçmiş köməkçisi təqaüddə olan general Heinrich Braus və Kiel Universiteti Təhlükəsizlik Siyasətləri İnstitutunun direktoru Joachim Krausenin açıqlamalarını qeyd edən Alman “Die Welt” qəzeti, Rusiyanın qadağan olunmuş raketlərlə silahlanmağa davam etdiyini, Avropada müharibəyə hazırlaşırmış kimi göründüyünü və bu şəkildə NATO-nu hərəkətə keçirmək məcburiyyətində buraxdığını ifadə edib.
 
Xəbərə görə, Krause Avropa iqlim dəyişiklikləri və köç böhranı ilə məşğul ikən Rusiyanın ciddi səbəb olmadan nüvə silahından istifadə etməklə regional müharibələrə hazırlaşdığını deyib.
Brausa görə isə, Rusiyanın Qərb dövlətləri ilə bilərəkdən qarşıdurmaya getdiyini, ayrıca dünya nizamını yox etməyə və NATO-nun birliyini pozmağa çalışdığını, ancaq NATO ilə bir qarşıdurma olmadan qalib çıxa bilməyəcəyinin fərqində olduğundan nüvə təhdidi ilə ‘gözlənilməyən bir nüvə zərbəsi' endirə biləcəyini iddia edib.
Braus Rusiyanın bu hərəkətləri nəticəsində Avropa ölkələrinin əhatəli bir müharibə ilə status kvonu Moskvanın lehinə radikal bir şəkildə dəyişdirmək arasında seçim etmək vəziyyətində qalacaqlarını irəli sürüb.
General Rusiyanın ‘hücumlara' başlaya biləcəyi yerləri isə Qaradəniz bölgəsi, Baltik ölkələri, Polşa və Ukrayna olaraq göstərib.
 
"ALMANİYA BİR AN ƏVVƏL ORDUNU DÖYÜŞƏ HAZIR VƏZİYYƏTƏ GƏTİRMƏLİDİR"
 
Hər iki mütəxəssis də belə bir qarşıdurmada coğrafi mövqeyinə görə əsas rolda Almaniyanın olacağını nəzərdə tutaraq Alman rəhbərliyini silahlı qüvvələrini bir an əvvəl NATO-nun çətin vəzifələri icra etmək üçün müharibəyə hazır vəziyyətə gətirməyə çağırıb.
Müxalifət.az