Rusiya əhalisinin 30 faizi Müsəlman olacaq!

Baxış sayı:
25111

 Rusiya Müftilər Şurasının sədri Ravil Gaynuddin yaxın gələcəkdə Rusiyadakı Müsəlman əhali sayının əhəmiyyətli dərəcədə artacağını bildirib.
 
Rusiya Dövlət Dumasında keçirilən “Rusiyada İslamın Tarixi: Gələcəyə Baxış” mövzusunda konfransda çıxış edən Rusiya Müftilər Şurasının sədri Ravil Gaynuddin, "Ekspertlərin proqnozlarına görə, 15 il sonra Rusiya əhalisinin 30 faizi Müsəlmanlardan ibarət olacaq" deyib.
Gaynuddin Moskvadakı məsciddə 30 ildən artıq müddətdir ki, bayram namazlarını qılan şəxs olaraq bu proqnozların demoqrafik dəyişikliklərlə təsdiqləndiyini vurğulayıb.
Gaynuddin demokrafik dəyişikliklər səbəbindən Rusiyanın ən böyük şəhərlərində onlarca yeni məscidə din xadimləri üçün minimum sosial ehtiyacların ödənilməsinə, əsas şəhərlərdə böyük akademik mərkəzlərinin yaxınlığındakı elm, təhsil və din mərkəzlərinin gücləndirilməsinə ehtiyac olduğunu sözlərinə əlavə edib.
Rus araşdırma şirkəti olan “Sosial Fond” tərəfindən fevralda keçirilən sorğuya görə, Rusiyadakı Müsəlmanların sayı təxminən 10 milyon, yəni 7 faiz səviyyəsindədir.
Müxalifət.az