​Rusiya Gürcüstanla münasibətləri düzəltməyə çalışır – “Hər şeyin iyundan əvvəlki səviyyəyə qayıdacağına ümid edirik”

Baxış sayı:
12697

“Rusiya hakimiyyət dairələri  Tbilisi ilə münasibətlərin normallaşmasıni istəyir və hər şeyin iyun hadisələrindən əvvəlki səviyyəyə qayıdacağına ümid edir”.

Muxalifət.az iz.ru saytına istinadən xəbər verir ki, bu haqda Rusiya XİN-in rəsmisi Andrey Rudenko şərh edib.
26 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü iclasında iki ölkə arasında XİN çərçivəsində keçirilən görüşü şərh edən Andrey Rudenko deyib:
"Biz ümid edirik ki, Rusiyanın verdiyi siqnal Gürcüstan tərəfindən eşidiləcək. Biz münasibətlərin normallaşmasını, ən azından iyun hadisələrindən əvvəlki səviyyəyə qayıtmasını istəyirik".
Xatırladaq ki, iyunun sonunda Pravoslav Parlamentlərarası Assambleyası Baş Məclisinin iclası zaman Rusiya nümayəndəsi Serqey Qavrilov Gürcüstan Parlamenti spikerinin kreslosuna əyləşdiyi üçün Tbilisidə kütləvi iğtişaşlar başlamışdı.
İnsident müxalifəti qəzəbləndirmiş və kütləvi etirazlara səbəb olmuşdu.
1 sentyabrda gürcü nazir Qeorqi Qaxariya  bildirmişdi ki , ölkə Rusiya ilə münasibətlərin normallaşdırılmasına tərəfdardır və bunun üçün ilk addımı atmalıdır.
Muxalifet.az