“Rusiya Gürcüstanı bölməyə çalışır” – NATO-dan HƏYƏCAN TƏBİLİ!

Baxış sayı:
5364

Muxalifet.az “Qruziya online” saytına istinadən xəbər verir ki, NATO Parlament Assambleyasının prezidenti Madlen Mun qurumun iclasında kəskin bəyanatla çıxış edib.
“Rusiya istəyir ki, ayırıcı xətt təsdiqlənmiş sərhəd olsun və Gürcüstanı bu xətt üzrə bölməyə çalışır”, - deyən M.Mun qeyd edib ki, Kreml periodik olaraq sərhədi qabağa çəkir və orada yaşayan ailələrə, onların torpaq bölgüsünə əhəmiyyət vermir.
"Verdiyimiz bəyanatlarda Gürcüstan və Ukraynada ərazilərin illeqal işğalı pıslənir, ancaq bunlar yalnızca söz deyil, həm də bizim açıq şəkildə dəstəyimiz və həmrəyliyimizin nümayişidir. Biz öz dəstəyimizi NATO Parlament Assambleyasının yaz sessiyasını Tbilisidə keçirməklə etdik və bu dəstəyimizi gələnilki yaz  sessiyasını Kiyevdə keçirməklə təkrar edəcəyik.
Bu il mən hər iki dövlətin Avroatlantik məkana can atmasına  dəstəyimizi göstərmək, həmçinin Gürcüstanın və Ukraynanın birbaşa Rusiya təcavüzünə necə tab gətirdiyini görmək üçün həm Tiflisə, həm də Kiyevə səfər etdim. Cəmi iki həftə əvvəl Cənubi Osetiya ətrafında qurulan inzibati bölgü xəttinə baş çəkdim. Bilirəm ki, 2017-ci ildəki iclasımızda bir çoxunuz belə etmisiniz. Buna görə də əminəm ki, siz niyə mənim bu fürsətdən istifadə edib, orada gördüklərimi və hiss etdiklərimi danışmağı mənəvi borc saydığımı  başa düşürsünüz. Rusiya bu ayırıcı xəttin qurulmuş sərhədi olmasını istəyir və Gürcüstanı qeyri-qanuni bölməyə çalışır. Buna görə Rusiya vaxtaşırı sərhədləri bir az da irəli köçürür, ailələri və əmlakları ayrılmış əhaliyə diqqət yetirmir”, - NATO Parlament Assambleyasının prezidenti vurğulayıb.
Xanım Madlen Mun sakinlərlə söhbət etdiyini də dilə gətirib: “Mən  xəstə həyat yoldaşı ilə birlikdə tikanlı məftillərin bir üzündə qalan  və ailə üzvlərini görə bilməyən, tikanlı məftillərin digər tərəfində yerləşən torpaqlarını əkib-becərə bilməyən  yerli sakinlərdən biri ilə danışdım. Beləliklə, yalnız beynəlxalq qanun pozuntuları haqqında deyil, həm də orada yaşayan insanlar və onların  hüquqlarının pozulması haqqında danışmağa söz verdim".

Muxalifet.az