​Rusiya Gürcüstana hücum edən generalını Çinlə sərhədə göndərir

Rusiya Müdafiə Nazirliyinin Şərq Hərbi Dairəsinə general-polkovnik Aleksandr Juravlyov rəhbər gətirilib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Juravlyov bundan öncə Şərq Hərbi Dairəsi komandanının səlahiyyətlərinin müvəqqəti icraedicisi olub.
Qeyd edək ki, Juravlyov 2015-2017-ci illərdə Rusiyanın Cənub Hərbi Dairəsinin komandanının müavini idi. O, Suriyadakı əməliyyatlara rəhbərlik edib. 2008-ci ildə Gürcüstana hücum edən Rusiyanın 58-ci ordusunun Baş Qərargah rəisi də məhz Juravlyov idi.