"Rusiya Gürcüstan və Ukraynaya təcavüzünə görə məsuliyyət daşıyır" - Yens Stoltenberq

Baxış sayı:
8887

“Rusiya qonşusu olan Gürcüstan və Ukraynaya qarşı təcavüz etdiyinə görə məsuliyyət daşıyır”,- NATO Baş katibi Yens Stoltenberq bu gün Brüsseldə keçirilmiş mətbuat konfransında çıxışında deyib. Onun sözlərinə görə, Rusiyanın NATO müttəfiqlərinə hücum təhlükəsini görmür, lakin NATO-nun öz müdafiəsini möhkəmləndirməsinə cavab olaraq, Rusiya öz silah arsenalını müasirləşdirməyə davam edir. Muxalifet.az bu barədə "Qruziya online" saytına istinadla bildirir. “Bu gün biz Rusiyanın bizm müttəfiqlərə qarşı birbaşa təhlükəsini görmürük. Amma biz Rusiyanın strateji çağırışını görürük, Rusiya yeni texnologiyalar, o cümlədən nüvə silahnın yenilənməsi və yayılmasına ciddi investisiyalar qoyur və Avropa ilə nüvə silahı razılaşmasını prinsiplərini pozur. Rusiya Avropa şəhərlərini bir anın içində yer üzündən silə biləcək nüvə silahlarının dislokasiyasını davam etdirir. Gürcüstanı və Ukraynanı nəzərdə tuturam. Bundan başqa,Rusiya icazəsiz Moldovaya qoşun yeridir. Bu ölkənin NATO üzvlərinə aqressiv münasibətini üzdə görmürük, amma realllıq göstərir ki, NATO gözlənilməz hücumlardan qorunmaq üçün öz müdafiəsini təmin etməlidir”, deyə Stoltenberq dedyib. Stoltenberqin sözünə görə, 3-4 dekabrda Londonda baş tutacaq NATO sammitində, Rusiyaya münasibətdə koordinasiya siyasəti və nüvə təhlükəsizliyi müqaviləsinin dağılmasından sonra situasiya müzakirə olunacaq. Muxalifet.az