Rusiya Gürcüstan savaşını niyə başlatdı? – KQB generalı AÇIQLADI

Baxış sayı:
442

Rusiya özünü Qərbə sübut etməyə çalışır.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu “Obozrevatel”ə müsahibəsində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Xarici Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri general-mayor Oleq Kaluqin deyib.

“Gürcüstan, Donbas, Suriya müharibələri, Krımın anneksiyası, ABŞ-dakı seçkiyə müdaxilə, Skripalların zəhərlənməsi ilə Rusiya özünü sübut etməyə çalışır. O göstərir ki, elə də zəif və parçalanmış güc deyil, onun hər şeyi edə biləcək xüsusi xidmət orqanları, hərbi gücü var. Yəni onlar Qərbə demək istəyirlər ki, biz pis deyilik. Rusiya rəhbərliyi yüksək neft qiymətləri sayəsində üstünlüklər əldə edib. Hökumət əhalinin həyatında dayanıqlı iqtisadi vəziyyət və müəyyən inkişaf əldə edə bilib. Buna görə də hələlik burada inqilabi əhval-ruhiyyə yoxdur. Bunun üçün də hökumət istədiyi şəxsin öhdəsindən gəlmək imkanına sahibdir” – deyə o bildirib.