Rusiya gürcü şərabının idxalını qadağan edir

Baxış sayı:
4711

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti Gürcüstandan şərab gətirilməsini qadağan etmək niyyətindədir.
Muxalifet.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, gürcü şərabının keyfiyyətinə nəzarətin güclənməsi, onun idxalını məhdudlaşdıra bilər.
Qeyd edək ki, hazırda Gürcüstan şərabı Rusiyaya idxal edilən şərabın 17%-ni təşkil edir.