Rusiya getdikcə Türküstanda möhkəmlənir - Şoyqu

Rusiya Əfqanıstandakı hərbi konflikt ucbatından qeyri-stabil şəraitin hökm sürdüyü Mərkəzi Asiyada mövqelərini möhkəmləndirir.
 
Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib.
O, Mərkəzi Asiyaya Rusiyanın xüsusi diqqət ayırdığını bildirib. Şoyqu həmçinin bu il Rusiyanın Qırğızıstan, Tacikistan və Özbəkistanla birgə təlimlər keçirməyi planlaşdırdığını deyib.