​Rusiya Ermənistana pulsuz qrad əleyhinə raket sistemi verdi

Rusiya Ermənistana "Antiqrad" qrad əleyhinə raket sistemi verib.
Muxalifət.az report-a istinadən xəbər verir ki, məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.
Nazirlikdən bildirilib ki, iki sistem pulla alınıb, üçüncüsünü isə Rusiya şirkəti ermənilərə pulsuz verib: "Bu stansiya radiolokasiya sistemi siqnalı ilə işləyəcək".
Məlumata görə, Ermənistanın föqəladə hallar naziri David Tonoyan yeni sistemin quraşdırıldığı Araqtsotn vilayətinin Artaşavan kəndində olub.