Rusiya dünyaya bəyan etdi: Döyüş təyyarələri yerləşdiriləcək!

Baxış sayı:
9301

Rusiyanın Müdafiə Nazirliyi, Rusiyanın XİN rəhbəri Sergey Lavrovun “Ukrayna Krım yaxınlığında ilin sonunadək bir təxribata hazırlaşır” açıqlamasından sonra Krımda 10 ədəd Su-27 döyüş təyyarəsi ilə, Su-30 təyyarələrini yerləşdirəcəyini açıqlayıb.
 
Belbək hava bazasına yerləşdiriəcək
 
“İnterfax” agentliyinin məlumatına görə, müdafiə nazirliyindən edilən açıqlamada, döyüş təyyarələrinin Krımda modernləşdirilməsi edilmiş Belbək hava bazasına yerləşdiriləcəyi ifadə edilib.
Qeyd edək ki, noyabr ayında Ukrayna donanmasına məxsus 3 gəmi Rus su sərhədlərinə daxil olaraq Kerç boğazı üzərindən Azov dənizinə keçməyə çalışmışdı. Ukrayna gəmilərinin su sərhədlərinə daxil olması ilə Rus Sahil Təhlükəsizliyi gəmilərə atəş açmışdı. Ukrayna gəmiləri və gəmi heyəti Rusiya tərəfindən saxlanmışdı.
Müxalifət.az