​Rusiya dünyanı dəhşətə gətirən silahını üzə çıxartdı: FRANSANI XƏRİTƏDƏN SİLƏCƏK...

Rusiya dünyanı qorxuya salan “Satan-2” termonüvə silahını sınaqlarına başlayıb.
“Satan-2” Fransa böyüklüyündə ərazini bir atışla kül etmək gücünə sahibdir. Həmçinin, 10 min kilometr uzaqlıqdakı hədəfi vura bilir.
“Satan-2” ABŞ-ın II Dünya müharibəsinin sonunda Xirosima və naqasakiyə atdığı atom bombasından 2000 dəfə daha güclüdür.
40 meqaton ağırlığında döyüş başlığı daşıya bilən bu silah Fransa böyüklüyündə bir ərazini xəritədən silə bilmək gücünə malikdir.
“Stokholm İnternational Peace Research İnstitute”nin hesabatına görə, Rusiya 2006-cı ildən indiyə qədər hərbi xərclərini iki dəfə artırıb./publika.az/