Rusiya Donbassda küncə sıxışdırılıb - İndi TOP RUSİYADADIR

Baxış sayı:
14272

Moskvadan Donbass məsələsinin həlli üçün qəti addımlar atmaq tələb olunub. Kiyev “Normand dördlüyü” ( Ukrayna, Rusiya, Fransa, Almaniya) liderlərinin görüşünün baş tutması üçün Donbassda stabillik yaradılması üçün tələb olunan şərtləri yerinə yetirib. İndi Moskvanın hansı addımları atacağı gözlənilir. Bu barədə Ukraynanın XİN naziri Nezalejnoy Vadim Pristayko bəyanat verib.
Muxalifet.az 
bu barədə "newzfeed.ru" saytına istinadla bildirir.

“ Təmas xəttindən silahlı qüvvələrin geri çəkilməsi və Rusiya tərəfinin də hərbçilərini çıxartmağa hazır olmasına gəlincə, biz yayda prosesi başlayanda bu yolda irəliləyəcəyimizə inanmırdıq. İndi “Top Rusiya tərəfindədir. Rusiya küncə sıxışdırılıb”,- deyə “RBK-Ukrayna” kanalı Pristaykodan sitat gətirib.
Nazirin sözlərinə görə, “normand formatında” danışıqların başlama tarixi artıq Vladimir Putinlə Anqela Merkel arasında razılaşdırılıb.
“Diplomatik kanallarla bu tarix dəqiqləşdirilir. Təxmini ehtimal olunnan tarix var, amma hələ dəqiq tarix haqda bir söz deyə bilmərik”, Pristayko deyib. Əvvəllər də nazir Donbass məsələsində güzəştlərə görə prezident Zelenskini qınamamağa çağırmışdı.     
Muxalifet.az