Rusiya donanmasının kədərli gələcəyi haqqında "qarışıq siqnallar"

Baxış sayı:
3565

Vladimir Putin, Rusiya donanmasının NATO-nun təhdidinə qarşısını almaq üçün böyük ölçüdə yenidən qurulduğunu qeyd etmişdi. O, donanmanın 23 yeni yerüstü gəmi, iki sualtı qayıq, üç təyyarə, dörd sahil raket kompleksi və 480 yeni silah əldə etdiyini söylədi (kremlin.ru/events/president/news/62228). Politoloq Pol Qobl bu barədə öz Facebook səhifəsində yazdı. Moskva rəsmiləri, müdafiə sənayesi məmurları və təhlükəsizlik şərhçiləri bunların hamısını Rusiya donanmasının Arktikada və ya başqa yerdə hər hansı bir rəqibin öhdəsindən gəlməyə hazır olmasının sübutu kimi göstərdilər. Lakin Putin və tərəfdarları bu şişirtmə və güc nümayişi aktını təntənəli şəkildə göstərsələr də, rus hərbi analitikləri Rusiya donanmasının Kremlin təriflədiyi qədər yaxşı vəziyyətdə olmadığını və maliyyələşdirmə, planlaşdırma əlaqəli problemlərə işarə edirdilər. Bu tamaşanın isə donanmanın guya yaxşı vəziyyətdə olduğunu göstərmək üçün qurulduğu deyilir. "Nezavisimaya qazeta" iddia etdi ki, Rusiya hökumətinin hətta bir təyyarə daşıyan gəmi və təyyarələri yeniləmək üçün pulu yoxdur və pis vəziyyətdə olan aviadaşıyıcı "Admiral Kuznetsov"u istifadə etməyə məcbur olacaq. "Admiral Kuznetsov"un təmir edilib, 2021-ci ildə donanmaya qaytarılması planlaşdırılırdı, amma indi hərbi təhlilçilər bu tarixin qeyri-real olduğunu söyləyirlər. Onlar deyirlər ki, həqiqətən Rusiyanın hərbi dəniz meydanına texniki inkişafla qayıdacağının heç bir nəzəri əsası yoxdur (svpressa.ru/war21/article/250943/). Beləliklə, Rusiya donanmasının dənizlərdə istifadəsi çətin göünür və real vəziyyət mediada Putinin son zəfərinə həsr olunmuş yayımlanan məlumatlardan çox fərqlidir. Muxalifet.az