"Rusiya dəniz gücü olmadığını etiraf edəcək" - STRATFOR
30-06-2017 12:41
Rusiya zamanla dənizdə böyük güc sahibi olmadığını etiraf edəcək.
Bu iddia ilə Amerikanın “Stratfor” şirkəti çıxış edib. Şirkət Moskvanın öz donanmasının maliyyələşdirilməsini və hərbi gəmilərinin sayını azaltmaqla böyük dəniz gücünə çevrilə bilməyəcəyini vurğulayıb:
“Rusiya əsas diqqətini Baltikyanı, Ukrayna, Qafqaz və Arktikaya yönəldir. Üstəlik, Rusiya Arktikadakı “Şimal” strateji komandanlığına 2020-ci ilə qədər hərbi dairə statusu verəcək. Lakin Rusiya, tezliklə, böyük dəniz gücü olmayacağını etiraf edəcək”./axar.az