​Rusiya diplomatları bu ölkədən də qovulacaq – QALMAQAL

Baxış sayı:
1912

Polşa hakimiyyəti Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripalın zəhərlənməsi işi üzrə Rusiya diplomatlarını deportasiya edə bilər.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Polşa hökumətinin dəftərxanasının başçısı Mixal Dvorçik “Zet” radiostansiyasının efirində bildirib.
O həmçinin əlavə edib ki, yaxın vaxtlarda Avropa İttifaqı və NATO ölkələrinin bir hissəsi Böyük Britaniyada baş vermiş hadisəyə ümumi reaksiya verəcəklər.
Xatırladaq ki, martın 4-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib və martın 14-də 23 Rusiya diplomatının deportasiya edilməsinə qərar verib.
Dünən isə Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson bildirib ki, Kreml SSRİ-nin dağılması vaxtlarından sinir-iflic maddəsinin yeni ehtiyatlarını yaradırdı. Ekspertlərin sözlərinə görə, bu bəyanat kimyəvi silahlar üzrə müşahidə orqanının Rusiya laboratoriyalarının yoxlamalar keçirməsinə dair tələbin göstəricisi ola bilər.
Qeyd edək ki, Rusiya ordusunun polkovniki Böyük Britaniyanın xeyrinə casusluğa görə 2004-cü ildə həbs edilmişdi. Onu xəyanətdə ittiham etdilər: güman edilir ki, Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) ona Qərbdə işləmiş rus agentlərinin ifşa edilməsinin əvəzində pul ödəyib. İstintaqın nəticələrinə görə, Skripal Britaniya kəşfiyyatı tərəfindən əməkdaşlığa hələ 1995-ci ildə cəlb edilmişdi. Rusiya hakimiyyətinin versiyasına görə, hətta işdən çıxarılandan sonra da sabiq kəşfiyyatçı məxfi məlumatları verməyə davam edirdi. O, məlumatları keçmiş iş yoldaşları vasitəsilə əldə edirdi.
Skripal öz günahını etiraf edib. Bütün rütbələrindən məhrum etməklə onu 13 il azadlıqdan məhrum etdilər.
Amma 2010-cu ildə Skripal Avstriya aeroportunda həyata keçirilən casusların genişmiqyaslı mübadiləsinin iştirakçısı olub. O, ABŞ-da saxlanılmış 4 Rusiya agenti ilə dəyişilmişdi. Skripala Böyük Britaniyaya köçməyə icazə verdilər. 66 yaşlı rusiyalı bazar gününə qədər sakit həyat tərzi sürürdü.