​Rusiya diplomatı: “Bu, ABŞ strateji planının bir hissəsidir”

“Patriot” raket hücumundan müdafiə komplekslərinin Polşada yerləşdirilməsi Rusiyanın mühasirəyə alınması üzrə ABŞ-ın planının bir hissəsidir.
Muxalifət.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin birinci müavini Vladimir Titov bildirib.
“Patriot” Amerika raket komplekslərinin Polşa ərazisində yerləşdirilməsi haqqında planlardan xəbərdarıq. Bu, mifik təhlükələr bəhanəsi ilə Rusiyanın mühasirəyə alınması üzrə ABŞ-ın strateji planının bir hissəsidir. Bu təhlükələr guya şərq istiqamətdən çıxır”, - Titov deyib.
Onun sözlərinə görə, ABŞ bu planların həyata keçirilməsi üçün Avropa ölkələrini, həmçinin Polşanı cəlb edir.
Daha əvvəl yayılan xəbərə görə, Polşa “Patriot” komplekslərinin 8 batereyasının alınması üzrə ABŞ-la razılaşmanı imzalamağa hazırdır.