Rusiya deputatı “Rustavi-2”də Tbilisini aşağıladı - VİDEO

Baxış sayı:
8581

Gürcüstanın “Rustavi-2” televiziyasının jurnalisti ilə Rusiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy arasında mübahisə yaşanıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, mübahisəyə səbəb jurnalistin Abxaziya və Cənubi Osetiya ilə bağlı Tolstoya verdiyi sual olub. Bundan sonra tərəflər arasında mübahisə yaşanıb və Tolstoy jurnalistə üz tutaraq “Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstanın olmayacaq, bunu hamıya çatdırın” deyib.

“Bu ölkələrin xalqları daha Gürcüstanda yaşamağa hazırlaşmırlar. Rusiya onların müstəqilliyini müdafiə edəcək. Bura heç vaxt sizin əraziləriniz olmayacaq”, - deyə deputat Pyotr Tolstoy vurğulayıb.