Rusiya da Yunan Kiprinin yanında yer aldı

Baxış sayı:
5263

Yunan Kiprinin Şərqi Aralıq dənizindəki fəaliyyətlərinə mislləmə olaraq Türkiyənin bölgəyə göndərdiyi ikinci qazma gəmisi Yavuz Türk Kiprinin şərqinə çatdı. Bu həmlə Avropa Birliyindən sonra Türkiyənin yanında olan Rusiyanı da narahat etdi.
 
Rusiya Xarici İşlər Nazirliyi internet saytından yaydığı açıqlamada, "Kiprin suverenliyinə hörmət edilməsi lazım olduğunu" ifadə edərək bu ifadələri istifadə edib:
“Bir başqa Türk araşdırma gəmisinin də Kiprin iqtisadi bölgəsinə girdiyi xəbərlərindən sonra bölgədəki gəlişmələri narahatlıqla izləyirik. Kiprin suverenliyinin pozulmasının Kipr probleminə qalıcı, ədalətli və tətbiq oluna biləcək bir həll üçün şərtlərin təmin edilməsinə yardımçı olmayacağına inanırıq. Şərqi Aralıq dənizindəki böhranı dərinləşdirəcək addımlardan qaçınılması, ölçülü davranma və siyasi ağılla hərəkət edilməsi, problemli mövzuların həlli üçün dialoq və qarşılıqlı maraqlar diqqətə alınaraq səy göstərilməsi çağırışı edirik”.
Müxalifət.az