Rusiya da müsəlmanlara qarşı çıxdı - YENİ QADAĞA

Baxış sayı:
6370

Rusiyada kütləvi hicab qadağası tətbiq olunub. Penza şəhərinin 20 orta məktəbində belə yasaq qərarı çıxarılıb.
Muxalifet.az xəbər verir ki, “RİA Novosti” bununla bağlı məlumat yayıb. Məlumatda prokurorluğun belə tələbi olduğu yazılıb.
Oktyabr rayon prokurorluğu birbaşa qadağa qərarı çıxarılmadığını iddia edir. Bildirilib ki, məqsəd ekstremist fəaliyyətlərə qarşı mübarizənin əsas prinsiplərinə, həmçinin, yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarına hörmət etməkdir. Məktəb rəhbərlərinə bu prinsip təqdim olunub və müsbət cavab alınıb.
Aşkar görünür ki, məktəblərə hicab qadağası təlimatı verilib. Prokurorluq bunu etiraf etmək istəməsə belə. Dövlət qurumunun sonrakı açıqlaması çox qəribədir: “Hicabların qadağan edilməməsi səbəbindən 12 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunub”.