Rusiya, Çin və Suriyadan Qasim Süleymani açıqlaması

Baxış sayı:
3859

ABŞ-ın hücumuna Suriya, Rusiya və Çindən reaksiya gəldi. Açıqlamalarda ABŞ-ın bölgədə gərginliyi artırdığı bildirildi. İsrail baş naziri Netanyahu “ABŞ-ın özünü müdafiə hüququ var, onların yanındayıq”, dedi.
Muxalifet.az
bu barədə "Ulusal Kanal"a istinadla bildirir.
Suriya XİN rəsmisi ABŞ hücumunu çox kəskin şəkildə qınadı. Dövlət rəsmisi bildirdi ki, ABŞ qəsdən bölgədə gərginliyi artırır. Mövzuyla bağlı bir açıqlama Rusiyadan da gəlmişdi. Rusiya XİN Süleymaninin öldürülməsini, regional miqyasda gərginliyi artıracaq “macəraçı addım” adlandırdı. Çin XİN isə "ayıq olmağa" çağırdı. Açıqlamada Pekin administrasiyasının beynəlxalq münasibətlərdə “gücdən istifadəyə” hər zaman qarşı çıxdığı bilirildi. Çin “Yaxın Şərqdə sabitliyi və sülhü qorumağa” çağırdı. 
Binyamin Netanyahu da Yunanistan səfərini yarıda kəsib, ölkəyə döndü. Qolan təpələrindəki Hermon Dağı raket hücumları səbəbindən ziyarətçilərin üzünə bağladıldı.
İsrail müdafiə naziri Naftali Bennett, təhdidləri dəyərləndirmək üçün üst səviyyədə təhlükəsizlik və ordu rəsmiləri ilə təcili toplantı keçirdi. Xüsusilə, İranın Süleymaninin öldürülməsinə cavab olaraq hücum edə biləcəyi səbəbilə İsrailə aid xarici nümayəndəlik və səfirliklərdə təhlükəsizlik tədbirləri artırıldı.
Muxalifet.az