Rusiya Çexiyanın 2 diplomatını persona non-qrata elan etdi

Baxış sayı:
597

Rusiya Çexiya səfirliyinin iki diplomatını arzuolunmaz şəxs elan edib.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyi açıqlayıb.

Məlumata görə, onlar iyunun 17-dək ölkəni tərk etməlidirlər.

Qeyd edək ki, bu gün Çexiyanın Rusiyadakı səfiri Vitezslav Pivonka XİN-ə çağrılıb. Səfirin nazirliyə çağrılmasına səbəb Rusiyanın Çexiyadakı səfirliyinin iki əməkdaşının persona non-qrata elan edilməsi olub.