"Rusiya bundan qalib çıxmayacaq" – “Stratfor”

Rusiyanın Qərb 2017 hərbi təlimi Ukraynanın işğalı üçün nəzərdə tutulmayıb.
 
Bu iddia ilə ABŞ-ın “Stratfor” analitik şirkəti çıxış edib.
“Rusiya həmçinin Belarusda daimi bazalarını yerləşdirib, onu da işğal etməyi planlaşdırmır. Minsk Moskvanın müttəfiqidir. Onun anneksiyasından Rusiya qalib çıxmayacaq. Üstəlik, Ukraynanın şərqindəki konfliktə Moskvanın birbaşa müdaxilə etməməsi ona daha ucuz başa gəlir. Ona görə də Moskva birbaşa hərbi konfliktlərə qoşulmaq fikrində deyil”, – deyə şirkət bildirib./axar.az