​Rusiya bu şəxsləri axtarır: AZƏRBAYCANA QARŞI TƏXRİBAT...

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu hüquq-mühafizə orqanları ilə əməkdaşlıqla Azərbaycana qarşı aksiyaları dərhal dayandırır.
Bunu Report-a Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov bildirib.
Xatırladaq ki, noyabrın 6-da naməlum şəxslər Sankt-Peterburqun Frunzenski rayonunda dəmir yolu körpüsündə üzərində "Talışıstana azadlıq" yazılmış və Rusiya ilə İran bayraqları olan banner yerləşdirib. Sankt-Peterburqda yaşayan azərbaycanlılar bunlara reaksiya verərək Azərbaycanın Rusiyadakı baş konsulluğuna şikayət ediblər.
"Banner barədə məlumat daxil olanm kimi, şəhərin Baş Polis İdarəsinə müraciət etdik. Orada dərhal əməliyyat tədbirləri görülüb və banner yığışdırılıb. Hazırda bu əməli törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində işlər görülür", - S.Qasımov vurğulayıb.