«Rusiya BMT TŞ-dan çıxarılsın!» - Kiyev təklif edib

Baxış sayı:
11443

Ukrayna xarici işlər nazirinin Avropaya inteqrasiya məsələləri üzrə müavini Yelena Zerkal təklif edib ki, Rusiyanı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasından (BMT TŞ) çıxarılsın. O, bunu Rusiyanın  Kmyəvi Silahların Qadağan Olunması üzrə Təşkilata və Donbas üzərində vurulmuş təyyarənin (MN17 reysi) məhvini araşdıran birgə istintaq qrupuna kiberhücum cəhdi göstərdiyinə görə təklif edib.
«Rusiyanın belə açıq cinayət niyyəti – Kimyəvi Silahların Qadaban olunması üzrə Təşkilatın (KSQT) və Birgə işçi qrupun kompüter sistemini sındırmaq – Rusiya tərəfindən törədilmiş cinayətin araşdırılmasını qeyri-mümkün hala gətrrmək məqsədilə  aşkar vəhşilik və qeyri-sivillikdir» - deyə, Zerkal öz «Feysbuk» səhifəsində yazıb.
Nazir müavini qeyd edib ki, bu gün ictimailəşdirilmiş informasiya «gözləri sona qədər açmalıdır» – Rusiya daha BMT TŞ-da qala bilməz!
Bundan əvvəl, cümə axşamı Niderlandın xüsusi xidmətləri Rusyalı hakerlərin, Skripalların zəhərlənməsi faktı üzrə araşdırmanın nəticələri barədə məlumatlara giriş əldə etmək məqsədilə, KSOT-a hücum cəhdi göstəridiklərini elan edib. NATO Baş katibi Yens Stoltenberqin sözlərinə görə, əməliyyat Rusiya hərbi kəşfiyyatı tərəfindən hazırlanıb, amma Britaniya ilə həmkarlıq şəraitində, Hollandiya kəşfiyyat xidməti tərəfindən qarşısı alınıb.
Bundan başqa, Niderlandın məlumatına görə, Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) əməkdaşları MN17 reysi üzrə uçan təyyarənin Donbas üzərində vurulmasını araşdıran beynəlxalq istintaqın materiallarını da əldə etməyə cəhd göstəriblər.