Rusiya BMT Təhlükəsizlik Şurasının sədri oldu

Baxış sayı:
4039

BMT Təhlükəsizlik Şurasına sədrlik bir ay müddətinə Rusiyaya keçib.

Bu barədə RİA Novosti xəbər yayıb.

Rusiya xarici işlər nazirinin birinci müavini Dmitri Polyanski qeyd edib ki, ölkənin XİN rəhbəri Sergey Lavrov bəzi iclaslarda iştirak edə bilər. Bundan başqa, sentyabr ayında çoxlu sayda tədbirin keçirilməsi planlaşdırılır, onların bəziləri regional əməkdaşlığa həsr olunacaq.

Rusiyanın BMT TŞ-də sədrliyinin tam proqramı sentyabrın 3-də təqdim olunacaq. Onu Rusiyanın nümayəndəsi Vasili Nebenzya səsləndirəcək.

Xatırladaq ki, Təhlükəsizlik Şurası BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsinə cavabdeh olan daimi fəaliyyət göstərən qurumudur. TŞ-ə beş daimi, eləcə də on müvəqqəti üzv ölkə daxildir. Şuranın sədri vəzifəsi hər ay ölkələrə əlifba sırası ilə ötürülür.