​Rusiya bizimlə bunları müzakirə etmək istəmir - Diplomat

Baxış sayı:
5551

Rusiyanın deportasiya etdiyi amerikalı diplomatların siyahısına baxdıqda Rusiyanın Suriya, Şimali Koreya və Ukrayna problemləri ətrafında müzakirə aparmaq istəmədiyini görə bilərik.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ-ın Rusiyadakı səfirliyinin sözçüsü Andrea Kalan deyib.
“Bu gün 60 diplomatımız ailələri ilə birgə Rusiyanı tərk etdi. Zərbə altında qalan dilplomatlara baxdıqda görə bilərik ki, Kreml beynəxalq ictimaiyyəti dərindən narahat edən heç bir məsələ ətrafında fikir mübadiləsi aparmaq istəmir”, - deyə sözçü bildirib.
Qeyd edək ki, Skripal olayından sonra ABŞ-ın 60 rusiyalı diplomatı deportasiya etməsindən sonra, Moskva da Vaşinqtona qarşı analoji addımı atmışdı.