“Rusiya bizim üçün əvəzedilməzdir” – NAZİR

Rusiya Aralıq dənizindəki böhranların həllində mühüm rol oynayır.
Bunu “La Stampa” qəzetinə müsahibəsində İtaliya Xarici İşlər naziri Ancelino Alfano söyləyib.
“Onlar da bizim kimi Liviyadakı böhranın bütün iştirakçıları ilə danışıqlar aparırlar. Bizim Moskva ilə dialoqumuz təkcə Liviya istiqamətində deyil. Rusiya Aralıq dənizindəki böhranların həllində əvəzedilməz həmsöhbətdir” – deyə o bildirib(axar.az).