​“Rusiya Belarusu özünə birləşdirir” – SENSASİN AÇIQLAMA

Baxış sayı:
6787

“Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktov Minskdən olan dinləyicinin Belarusun mümkün ilhaqı barədə sualına cavab verərkən cəsarətli proqnoz verib.
 
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Venediktov suala belə cavab verib: “Dövlət başçısı kimi Vladimir Putinin səlahiyyət müddətinin artırılmasının variantlarından biri kimi Belarus Respublikası ilə birləşmə, işğal, yaxud da ittifaq ola bilər. Bu, variantlardan biridir, başqaları da ola bilər”.
 
Məşhur jurnalistin fikrincə, Rusiya hökuməti artıq qardaş ölkəni subsidiyalaşdıra bilmir və kompensasiya gözləyir.
 
“Belarus nə ilə ödəniş edə bilər? Misal üçün, suverenliyi ilə. Bu mənada, əgər bu hər hansı formada baş tutarsa, məncə, 3-4 il ərzində vahid sahibi olan vahid dövlətin yaranması mümkündür. Baxın, 21-ci ildə bizdə Dövlət Dumasına seçkilərdir. Nəyə görə də həmin il vahid qaydalar üzrə artıq nümayəndə heyətləri ilə deyil, birbaşa seçkilərlə ittifaq dövlətinə seçkilər keçirilməsin? Vahid prezidentdən olmasa da, vahid parlamentdən başlamaq olar. Elə həmin 21-ci ildə”.
 
Birləşdikdən sonra Lukaşenko vitse-prezident, Təhlükəsizlik Şurasının sədri, yaxud da Krımda yaşayan təqaüdçü ola bilər. Bununla da Venediktov Belarus prezidentinin sonrakı taleyi haqda düşüncələrini dilə gətirib.
 
“Exo Moskvı”nın baş redaktoru güman edir ki, 2008-ci ildən başlayaraq “Vladimir Vladimiroviç birləşdirici roluna daxil olub” və indi onun üçün “Belarus Krımdır”.