Rusiya bataqlıqda: Kapital axını dayanmaq bilmir

Bu ilin 9 ayında Rusiyaya xarici valyuta axını 26 milyard dollar təşkil edib.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın “Finanz” saytı yayıb. Sayt bu göstəricinin keçən ilkindən 73% çox olduğunu bildirib. Bununla belə, ölkədən gedən kapitalın həcmində azalma müşahidə edilməyib. Belə ki, bu il ərzində kapital axını 2 dəfə artaraq 21 milyard dollara çatıb. Maraqlı məqam odur ki, bu axın getdikcə daha da sürətlənir.
Sayt kapital axınının 2018-ci ildə də davam edəcəyini vurğulayıb. Bununla da rublun dollar qarşısında güclənməsində maneələr yaranacaq və 1 dollar 60 rubldan daha baha olacaq.