Rusiya Baş Qərargah rəisi Türkiyəyə gəlir

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Türkiyəyə səfər edəcək.
 
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıqlamasında Gerasimovun Türkiyəyə Suriyadakı vəziyyəti müzakirə etmək üçün gəldiyini bildirib.
O, həmçinin Ankaranın YPG-yə qarşı mövqeyini Rusiyanın ABŞ-dan daha yaxşı qavradığını bildirib.