Rusiya Baltik ölkələrinə hücum etsə... - ABŞ-dan bəyanat

ABŞ və Britaniya ordusu Polşa və Litva sərhədindəki NATO təlimlərinə qoşulub.
 
Röyter xəbər verir ki, Suvalks dəhlizi adlanan ərazidəki hərbi təlimlərdə polyak, litov və xorvat hərbçiləri də daxil olmaqla 1500 nəfər iştirak edir.
Manevrlər Rusiyanın Baltik ölkələri ilə Qərb alyansının əlaqələrini kəsəcəyi ssenarisi üzrə aparılır.
ABŞ-ın Avropa hərbi qüvvələrinin komandanı, general-leytenant Ben Hodjes bəyan edib ki, gözlənilən hücum qəti olmasa da, bir şey dəqiqdir ki, Suvalks dəhlizi bağlansa üç Baltik ölkəsi Qərb alyansından tamamilə təcrid olunar./Teleqraf.com