​Rusiya Bağdadinin ölümünə inanmır - "...bir material yoxdur"

Baxış sayı:
5046

İŞİD lideri Əbubəkr Bağdadinin öldürüldüyünə dair əlimizdə bir sübut yoxdur.

Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib.
"Əlimizdə yüz faiz əminliklə danışmağımıza imkan verəcək bir material yoxdur", - Narışkin söyləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Prezident Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib.
Ardınca İŞİD bu xəbəri təsdiqləyərək, yeni liderin Əbu İbrahim Haşimi olduğunu bildirib.