​Rusiya Bağdadinin gizləndiyi yeri AÇIQLADI

Baxış sayı:
4846

“İŞİD terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi ehtimal ki, İraqda gizlənir”.
Bu haqda Rusiya Baş qərargahının (QRU-unun) Baş kəşfiyyat idarəsinin başçısının birinci müavini, vitse-admiral İqor Kostyukov bildirib.
“Əl-Bağdadi, ehtimal ki, İraqdadır. Suriyada qalmaq onun üçün çətin olar”, - o qeyd edib.
Vitse-admiral əlavə edib ki, İŞİD-in başçısının olduğu yer dəqiq məlum deyil. Onun sözlərinə görə, Bağdadini bir çox ölkənin xüsusi xidmət orqanları tutmağa çalışır./publika/