​Rusiya Azərbaycanın 18 ton pomidorunu geri qaytardı

Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti Azərbaycan pomidorlarının Rusiyaya buraxılmasının qarşısını alıb.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı “Arqumentı i Faktı Dağıstan” qəzeti yayıb.
Qəzet ölkəyə Azərbaycandan buraxılmayan pomidorun həcminin 18 ton olduğunu bildirib. Pomidorun buraxılmamasına səbəb kimi onun saxta sertifikatlarla təchiz edilməsi göstərilib.