​Rusiya Avropa Şurasından çıxa bilər - Volodin

Baxış sayı:
2077

Rusiya Avropa Şurasından çıxa bilər.
Muxalifet.az xəbər verir ki, bunu “Rossiya 1” televiziyasına müsahibəsində Rusiya Dumasının spikeri Vyaçeslav Volodin deyib. Onun sözlərinə görə, Avropa Şurası Rusiyaya qarşı davranışını dəyişməyəcəyi təqdirdə Rusiyanın təşkilatdan çıxması istisna edilməməlidir.
Qeyd edək ki, Avropa Şurası bundan öncə Rusiyanın üzvlük haqlarını 2019-cu ilin yayına qədər ödəməyəcəyi təqdirdə təşkilatdan çıxarılacağını bildirmişdi.