​Rusiya Argentinaya məğlub oldu

Futbol üzrə Rusiya yığması Argentinaya yoldaşlıq görüşündə məğlub olub, Muxalifet.az Rusiya KİV-ə istinadən xəbər verir.
Görüş noyabrın 11-də Moskvanın yenilənmiş "Lujniki" stadionunda keçirilib və qonaqların 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
Oyunda yeganə qolu 86-cı dəqiqədə “Mançester Siti”nin hücumçusu Serxio Aquero vurub.
Xatırladaq ki, görüş 2018-ci il Dünya Çempionatına hazırlıq çərçivəsində keçirilib.