​Rusiya Ağ Evin mətbuat katibinin yalanını ŞOK GÖRÜNTÜ ilə ortaya çıxardı - VİDEO

Baxış sayı:
4480

Ağ Evin mətbuat katibi Sarah Sanders Venesuelada təlim uçuşları həyata keçirən Rusiyaya aid qırıcıların bu gün ölkələrinə geri qayıdacaqlarını açıqlayıb.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, bundan bir neçə saat sonra Rusiyadan gözlənilməz həmlə gəlib.
Rusiya Müdafiə Nazirliyi qırıcıların Karib dənizinin üzərində həyata keçirdiyi təlim uçuşunun videosunu paylaşıb. Hətta Rusiya Müdafiə Nazirliyi ortaq təlimlər üçün Venesuelada olan iki “Tu-160” strateji bombardman təyyarəsinin Karib dənizi üzərindəki uçuşlarının görüntülərini də sosial media hesabları vasitəsilə izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Sara Sanders daha öncə Rusiya təmsilçiləri ilə görüşdüklərini və Rusiyanın qırıcılarını cümə günü Venesueladan çıxaracaqlarını demişdi.